ARETN Zoologiya İnstitutunun Əsərləri
Dövri məcmuə olub entomologiyanın, parazitologiyanın, epidemiologiyanın, heyvanların ekologiyasının, biokimyasının, etologiyasının, taksonomiyasının, kənd təsərrüfatı zərərvericilərinə qarşı mübarizə ilə bağlı aktual məsələlərə həsr edilmiş və əvvəllər çap edilməmiş Azərbaycan, ingilis və rus dillərində olan orijinal məqalələri çap üçün qəbul edir. Əlyazmalar jurnalın saytına on line, doc. formatda təqdim oluna bilər. Məqalələr müəlliflərin soyadları ilə adlandırılmalıdır. Hazırlanmış məqalələrin əlyazmaları cədvəllər, şəkillər və ədəbiyyat siyahısı da daxil olmaqla həcmi 12 səhifədən çox olmamalıdır. Məqalənin tərtibatına olan tələblər Çap edilmək üçün təqdim olunmuş bütün məqalələr Microsoft Word mətn redaktorunda Times New Roman şrifti ilə yığılmalıdir. Növlərin latınca adları kursivlə verilməlidir.
12 pt ölçülü şriftlə, yarımqara, baş hərflərlə yazılıb səhifənin ortasında simmetrik şəkildə mətn bütün uzunluğu boyu yerləşdirilməlidir. Bundan 2 interval aşağıda müəlliflərin soyadları və inisialları çap olunmalıdır.
12 pt ölçülü şriftlə, yanmqara, kiçik hərflərlə yazılıb səhifənin ortasında simmetrik şəkildə yerləşdirilməlidir. Bundan 2 interval aşağıda müəlliflərin təmsil etdikləri təşkilatlarının adları və poçt ünvanları, həmçinin müəlliflərin elektron poçt ünvanları çap olunmalıdır.
Müəlliflərin təmsil etdikləri təşkilatın(-ların) adları, müəlliflərin elektron poçtlarının ünvanları
12 pt ölçülü şriftlə kursiv, kiçik hərflərlə yazılıb səhifənin ortasında simmetrik şəkildə mətn səhifəsinin bütün uzunluğu boyu yerləşdirilməlidir. Əgər müəlliflər bir neçə nəfərdirsə və onlar müxtəlif təşkilatlarda işləyirlərsə, onların adlarının qarşısında rəqəmlər qoyulmalıdır, məsələn, - birinci təşkilatın adı və onun poçt ünvanı, - ikinci təşkilatın adi və onun poçt ünvanı və s. Həmin rəqəm bu təşkilatda işləyən müvafiq müəllifin soyadından sonra sətirüstü indeksdə göstərilməlidir, məsələn, Aliyev A. Mamedov K.L.və s.
Bundan 2 interval aşağıda təqdim olunan məqalənin qısa annotasiyası verilməlidir.
Təqdim olunan məqalənin 10 sətirə (500 sözə) qədər həcmli qısa annotasiyası (məqalənin yazıldığı dilində) verilir. Şriftin ölçüsü - 11 pt, kiçik hərflərlə. Bu bölmədəki mətndə problemin vəziyyətinin şərhi, düsturlar, cədvəllər, şəkillər və ədəbiyyata istinad olmamalıdır.
Növbəti bölməyə (Giriş) qədər məsafə 2 interval olmalıdır.
Sərlövhələr və yarımsərlövhələr yarımqara şriftlə mətndə ayrıca sətirdə verilir. Şriftlərin ölçüləri 14 pt (sərlövhələr və yanmsərlövhələr üçün). Onların nömrələnməsi mətnin sol sərhəddindən başlayır. Avtomatik nömrələmədən istifadə etmək olmaz.
Hər abzas mətn sahəsinin sol sərhəddindən 0,63 sm buraxılışla başlayır. Sözlərin hecalarının bir sətirdən digərinə keçirilməsinə yol verilmir.
Məqalənin mətni formatlaşdırılmalı (mətnin bütün sətirləri soldan və sağdan düzləndirilməli), adların, xüsusi terminlərin və işarələrin (beynəlxalq Sİ sistemində) düzgün olması üçün diqqətlə redaktə edilməlidir. Mətnin qurulması zamanı ümumi qəbul olunmuş qaydaya əməl olunmalıdır: Giriş (problemin vəziyyəti) - məqsəd - tədqiqatın nəticələrinin (metodika, istifadə olunan instrumental vasitələr,katoqrafik və başqa faktiki material, nəticələrin təhlili və işlənilməsi üsulları və s. daxil olmaqla) təhlili - nəticə - istinad edilmiş ədəbiyyatın siyahısı.
Hər məqaləyə həcmləri 12 sətirə (600 sözə) qədər olan iki xülasə əlavə edilməlidir. Xülasələr Azərbaycan dilində olan məqalələrə - ingiliscə və rusca, ingilis dilində olanlara - azərbaycanca və rusca, rus dilində olanlara - azərbaycanca və ingiliscə verilməlidir. Hər xülasənin quruluşu belə olmalidir: ortada yarımqara şriftlə Xülasə sözü, sonra yarımqara şriftlə müəllifin soyadı və inisialları, onun altında - məqalənin adi (böyük hərflərlə, yarım¬qara şriftlə), onun altında - adi şriftlə xülasənin əsas mətni. Bu bölmədəki mətndə problemin vəziyyətinin şərhi, düsturlar, cədvəllər, şəkillər və ədəbiyyata istinad olmamalıdır.
Səhifənin ölçüləri A4 (21,0x29,7sm) olmalıdır.
Səhifənin kənarlarından məsafələr: yuxarıdan və aşağıdan - 4,8 sm, soldan və sağdan - 4,2 sm.
Hər bir şəkil (xəritə, diaqram, sxem və s.) hansı proqramda işlənməsindən asılı olmayaraq mətndə verilməklə yanaşı, JPEG (*.jpeg, *.jpg) formatda ayrıca faylda verilir.
Ölçülərinin eni 7,75 sm-dən çox olmamalıdır, iri həcmli şəkillər (xəritələr, sxemlər və s.) və ya birləşdirilmiş bir neçə şəkil (məsələn, tədqiq olunan prosesin inkişaf dinamikası, müşahidələrdəki ölçmələrin ardıcıllığı və s.) mətn sahəsinin enindən çox olmamalı, səhifənin ortasında yerləşməlidirlər. Şəkillərin altındakı yazının ölçüləri 12 pt (yarımqara), şəkillərin altındakı mətnin (şərti işarələrin açıqlanması, aydınlaşdırma və s.) ölçüləri isə 11 pt (kursiv) olmalıdır.
Cədvəllərin nömrələri və adları onların üzərində verilir (12 pt, yarımqara). Cədvəllər çox iri olub mətn sahəsindən kənara çıxmamalıdır. Məqalədəki şəkillərin maksimal sayı 4, cədvəllərin sayı isə 3 ola bilər. Cədvəllər məqalənin mətninin içərisində yerləşməlidir.
Düsturlar aralıq hesablamalarsız, istifadə olunan simvolların açıqlaması ilə (dərhal düsturdan sonra), dərəcələrin və sətiraltı indekslərin sətirin ortasına simmetrik yerləşdirilməsi şərti ilə verilməlidir. Düsturların nömrələri, əgər onlar mətndə göstərilirlərsə, düsturun sağ sərhəddi yanında kiçik mötərizədə yerləşməlidir. Düstur və düsturun nömrəsi ilə birlikdə sətirin eni 7,75 sm-dən artıq olmamalıdır. Düsturların yığılması üçün Microsoft Equation 3 redaktorundan istifadə edilməlidir.
Mətndə ədəbiyyata istinadlar müəllifin adı göstərilmədən kvadrat mötərizələrdə ədəbiyyat mənbəyinin məqalənin axırındakı nömrəsinə uyğun olan rəqəm şəklində göstərilir.
İstinad verilmiş ədəbiyyat mənbələri məqalənin axırında əlifba sırası ilə deyil, mətndə rast gəlindiyi ardıcıllıqla verilir. Şriftin ölçüsü 12 pt. Hər mənbənin adındakı ikinci və son¬rakı sətirlər birinci sətirdən 0,5 sm sağda başlamalıdır. Ədəbiyyat mənbələri kompyuterin “siyahı” (список, numbering) komandasından istifadə edilmədən ardıcıl olaraq bir-bir nömrələnir.
Ədəbiyyat siyahısında göstərilmiş mənbələr üçün bu məlumatlar verilir:
Çapa qəbul edilmiş əlyazmalar resenziyaya verilir və bundan soma onların çap oluna biləcəyi barədə son qərar qəbul olunur. Çapa buraxılmayan əlyazmalar geri qaytarılmır. REDAKSİYA İLƏ ƏLAQƏ MƏLUMATLARI
Ünvan: Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Zoologiya İnstitutu. AZ1004, Azərbaycan, Bakı, keçid 1128, məhəllə 504
Telefonlar: +99412 5397359. +99412 5397371
Faks: +99412 5397353
Copyright©2022 Zoologiya İnstitutu.Bütün hüquqları qorunur.